Məşhur jurnalist azərbaycanlı həmkarına azadlıq tələb etdi-FOTO
Featured

20 Sentyabr 2017

Görkəmli türkiyəli jurnalisti Can Dundar azərbaycanlı həmkarı, şərlənərək həbs edilən Mehman Huseynovu dərhal azad etməyə çağırıb.

Xatırladaq ki, M. Hüseynov Nəsimi rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə açıqlama verib. Bundan sonra Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev onu xüsusi ittiham qaydasında məhkəməyə verib. Mehman Hüseynov Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Mehman Hüseynov Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalındaca həbs edilib.

Top
JoomlaLock.com All4Share.net