İran yeni ballistik raketini sınaqdan keçirdi-VİDEO
Featured

23 Sentyabr 2017

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ölkədə istehsal olunan yeni ballistik raketi sınaqdan keçirib.

"Tasnim" agentliyinə istinadən bildirir ki, "Horamşəhr" adlandırılan və 2 min kilometr məsafə qət edə bilən raket bir neçə döyüş başlığı daşımaq imkanına malikdir.

Xatırladaq ki, ballistik raket sentyabrın 22-də Tehranda keçirilmiş hərbi paradda nümayiş etdirilib. İlin əvvəlində isə İran "Fateh-110" və "Hormuz-2" ballistik raketlərini sınaqdan keçirib.

Top
JoomlaLock.com All4Share.net