Qadınların insan sayılmadığı ölkədə bir İLK

25 Sentyabr 2017

Səudiyyə Ərəbistanında ilk dəfə qadınlara stadiona getməyə icazə verilib.

Bu, ölkənin yaranmasının 87 illiyi münasibətilə paytaxt Ər-Riyadda baş verib.

Kral Fəhd adına beynəlxalq stadiona operetta göstərilən gecə qadınlara girməyə icazə veriblər. Ölkənin obrazını yaxşılaşdırmaq və Səudiyyə Ərəbistanının sakinlərinin yaşayış keyfiyyətini yüksəltmək üçün hakimiyyət belə bir qərara gəlib.

Hakimiyyət "Görüləcəklər 2030" planı (2016-cı ilin aprelində şahzadə Muhammed ibn Salman tərəfindən ölkənin gələcəyi haqqında irəli sürən kompleks islahatlar təklifi - red.) çərçivəsində, islam qaydalarına ciddi əməl edilməsinin tərəfdarlarının tənqidinə dəfələrlə məruz qalmasına baxmayaraq, idman və əyləncə tədbirlərinin investitsiyalaşdırılmasına xüsusi əhəmiyyət verir.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net