Türkiyədə Tosbağa küçəsinə erməni fotoqrafın adı verildi
Featured

26 Oktyabr 2017

İstanbulun Beyoğlu Tomtom məhəlləsindəki  "Tosbağa" küçəsinə erməni fotoqraf Ara Gülərin adı verildi.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumatda deyilir ki, küçənin adının dəyişdirilməsi ilə bağlı İstanbul bələdiyyəsinə müraciət edilib: "Küçənin adını dəyişib Ara Gülər adlandırılması üçün edilən təklif İstanbul bələdiyyə məclisində qəbul edildi".

Bu barədə Türkiyə mətbuatında da məlumat yayılıb. Hürriyət qəzetinin verdiyi xəbərdə deyilir ki, Tosbağa küçəsinə 89 yaşlı fotoqraf Ara Gülərin adının verilməsi üçün edilən təklif qəbul edilib: "Adının verildiyi Tosbağa küçəsində Ara Gülər uzun illər yaşayıb".

Qeyd edək ki, milliyətcə erməni olan Ara Gülər Türkiyədə doğulub və bütün dünyada tanınan fotoqrafdır. 

Top
JoomlaLock.com All4Share.net