İranda matəm günü elan olundu
Featured

14 Noyabr 2017

İranda baş vermiş zəlzələ ilə bağlı matəm günü elan olunub.

İranın Nazirlər Kabineti bəyanat yayaraq ölkənin qərbində baş vermiş acı və qəmli hadisə qurbanlarının ailələrinə başsağlığı verib və 14 noyabr tarixini ölkədə matəm günü elan edib.

Nazirlər Kabineti zəlzələ baş vermiş bölgədə xilasetmə işləri aparan bütün qüvvələrə təşəkkür edib və yenidən dövlət qurumlarını və nazirlikləri xilasetmə işləri üçün bütün qüvvələrini və güclərini səfərbər etməyi tapşırıq verib.

Kirmanşah əyalətində baş vermiş zəlzələ 7 şəhər və 1930 kəndə ziyan vurub. İlkin açıqlamalara görə, bu zəlzələ nəticəsində 30 min evə ziyan dəyib.

Qeyd edək ki, bu gün həmçinin Kirmanşah əyalətində 3 gün matəm elan olunub.(maide.az)

Top
JoomlaLock.com All4Share.net