Yəhudi ənənəsinin pozulmasına etiraz olaraq nazir istefa verdi
Featured

27 Noyabr 2017

İsrailin səhiyyə naziri Yaakov Litzman istefa verib.

“Yahadut Ya Tora” Partiyasının rəhbəri olan Yaakov Litzman “Şabat” adlandırılan gün, yəni şənbə günü dəmir yollarında təmir işlərinin aparılmasına icazə verildiyi üçün istefa ərizəsi yazıb.

Qeyd edək ki, yəhudi ənənəsinə görə, “Şabat”da bir çox sahələrdə işləmək qadağan olunub.

Yaakov Litzmanın istefa verməsinə baxmayaraq, “Yahadut Ya Tora” Partiyası hakim koalisiyada qalmaqda davam edəcək.(azertac)

Top
JoomlaLock.com All4Share.net