Milyarder şahzadə 6 milyard dollara azad olunacaq
Featured

27 Yanvar 2018

Ötən ilin noyabrın əvvəllərində korrupsiya ittihamı ilə saxlanılan şahzadələrdən biri, Səudiyyə Ərəbistanının məşhur milyarder şahzadəsi Vəlid ibn Təlal "Reuters"-ə müsahibə verib.

Şahzadə Vəlid ibn Təlal müsahibəsində bildirib ki, yaxın günlərdə azadlığa buraxılacaq:"Artıq heç bir ittiham yoxdur. Mənimlə hökumət arasında yalnız bir müzakirə var. İnanıram ki, yaxın günlər ərzində hər şeyi bitəcək".

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, Səudiyyə Ərəbistanı rəsmilərinə 6 milyard dollar ödəməyə razılıq vermişdi.

Qeyd edək ki, 2017-ci ilin noyabr ayında Səudiyyə Ərəbistanı tarixində ən böyük korrupsiya əməliyyatları həyata keçirildi. Şahzadə Əl Validlə yanaşı daha 10 şahzadə həbs edilddi.

"Washington Post" şahzadə Əl Validin əmisi oğlu vəliəhd şahzadə Məhəmməd bin Salmanın "korrupsiya ilə mübarizə" əməliyyatını başlatmasının arxasında kral Salmanı taxtdan devirmək planının ola biləcəyini yazır və Dayanmadan dünyanı gəzən beynəlxalq investor şahzadə Əl Valid vəliəhd Məhəmməd bin Salmanın gözündə bir təhlükəyə çevrilə bilərmi?" sualın verir.

Əl Valid Forbes-a verdiyi müsahibədə "Bu ölkədə kral Əbdüləzizin oğulları və nəvələri taxta çıxar. Mən də onlardan biriyəm" deyirdi.

Top
JoomlaLock.com All4Share.net