"Məhəmməd" Almaniyada 10 ən papulyar addan biri
Featured

27 Yanvar 2018

2015-ci ildə 41-ci sırada yer alan "Məhəmməd" adı, sürətlə irəliləyərək...

Almaniya Dilçilik İnistitunun açıqladığı hesabata görə, "Məhəmməd" adı yaxın 3 il ərzində bu ölkədə 10 ən papulyar addan biri olacaq.

Ekspertlərin qənaitinə görə, son 3 ildə Almaniyaya olan güclü müsəlman miqrant axını buna səbəb olub.

Hesabatda o da qeyd olunub ki, 2015-ci ildə 41-ci sırada yer alan "Məhəmməd" adı, sürətlə irəliləyərək 2016-cı ildə 21-ci pillədə qərarlaşıb. Bu artım tempini nəzərə alaraq ekspertlər yaxın 3 il ərzində "Məhəmməd" adının ilk onluqda yer alacağını proqnozlaşdırır.

Qeyd edək ki, bir neçə fərqli yazılışda istifadə olunan Məhəmməd adı son illərdə Avropa ölkələrinin bir çoxunda ailələr üçün ən çox üstünlük təşkil edən ad olub.(made.az)

Top
JoomlaLock.com All4Share.net