Güclü qar axtarış işlərinə mane olur-VİDEO
Featured

12 Fevral 2018

Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus, Domodedovo aeroportundan Orska uçan "Ан-148" tipli sərnişin təyyarəsi  havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, təyyarənin Moskva ətrafında Ramensk rayonu, Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.

Moskva kənarında 71 nəfərin ölümüylə nəticələnmiş təyyarə qəzasından sonra axtarış işləri hələ bir həftə çəkə bilər. Bunu Rusiya rəsmiləri bildirir.

Rusiyanın fövqəladə hallar naziri Vladimir Andreyeviç Puçkov bu gün jurnalistlərə verdiyi açıqlamada hadisə yerində fasiləsiz iş getdiyini bildirib.

Nazirlik qəza yerinə 400 xilasedicinin göndərildiyini və fevralın 11-də axşam yalnız iki cəsədin aşkarlandığını deyib. 

Nazir qalıqların böyük əraziyə səpələnməsi, güclü qar və mürəkkəb relyefin axtarışlara mane olduğunu söyləyib.

Qara qutulardan birinin tapıldığı qeyd olunsa da, onun məlumatın özü, yaxud səs rekorderinin olub-olmadığı bəlli deyil.

Putin fevralın 12-də Soçiyə planlaşdırdığı səfərini ertələyib və təhqiqatı yaxından izləməkdən ötrü Moskvada qalıb.

Hava yollarının sözçüsü Yelena Voronova 51 yaşlı pilot Valery İ. Qubanovun 5 min saatlıq uçuş təcrübəsi olduğunu, ikinci pilot Sergey Qambariyanın da təcrübəli olduğunu söyləyib. O, bu barədə ABŞ-ın ABC televiziya şəbəkəsinə danışıb: "Heyət təcrübəli, təyyarə etibarlı idi".

Təyyarənin qalıqları aeroportun 40 kilometrliyində, Ramenskoye rayonunda tapılıb.

Uçuşları izləyən Flightradar24 saytı Twitter-də yazıb ki, təyyarə havaya qalxandan 5 dəqiqə sonra, dəqiqədə 1000 metr sürətlə düşüb.

Təyyarədəkilərin çoxu Orenburq rayonundan olub. Onlardan üçü uşaq, azı biri əcnəbi imiş. Orenburq regional hökuməti fevralın 12-də vilayətdə matəm günü elan edib.

Картинки по запросу Крушение самолета Ан-148 в Подмосковье

Картинки по запросу Крушение самолета Ан-148 в Подмосковье

Top
JoomlaLock.com All4Share.net