Yəhudi jurnalist erməni əsgərinin şəklini sinəsində daşıdı
Featured

28 Fevral 2018

Ötən il Azərbaycan prezidentinin əfv etdiyi yəhudi əsilli bloger Aleksandr Lapşin erməni separatçılığına dəstək verməkdə davam edir.

Bu dəfə o, üzərində Qarabağda Azərbaycana qarşı vuruşan erməni əsgərinin təsviri olan köynəklə peyda olub. Bloger şəklinin altnda belə bir sual yazıb: "Dostlar, mənim yeni köynəyim xoşunuza gəlirmi? Xüsusi köynəkdir. Necə düşünürsünüz, bu, hansı ordunun əsgərinin təsviridir?"

Lapşinin "Facebook"dakı yeni gedişi başqalarını çaşdırsa da, erməniistifadəçilər dərhal reaksiya verərək bunun 2016-cı ildə dörd günlük müharibədən sonra məşhurlaşmış erməni əsgərinin fotoşəkli olduğunu yazıblar.

Xatırladaq ki, Azərbaycanın işğal olunmuş ərazilərində separatçılarla əlaqə quraraq 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ora getmiş A.Lapşin Azərbaycanın müraciəti əsasında 2016-cı ilin dekabrında Belarusda həbs edilib.

2017-ci ilin fevralında o, Belarusdan Azərbaycana ekstradisiya olunub və iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçərək Dağlıq Qarabağa getməkdə suçlu sayılan bloqeri 3 il müddətinə azadlıqdan məhrum edib.

Ötən ilin sentyabrında Prezident İlham Əliyev bloger A.Lapşini əfv edib. Lakin Azərbaycanı tərk etdikdən dərhal sonra bloger ölkəmiz əleyhinə və erməni işğalını dəstəkləyən çıxışlarını davam etdirib.(moderator.az)

Картинки по запросу lapshin

Картинки по запросу lapshin

Top
JoomlaLock.com All4Share.net