Ermənistan yeni prezidentini seçdi-VİDEO
Featured

02 Mart 2018

Bu gün Ermənistan parlamenti gizli səsvermə ilə ölkənin yeni prezidentini seçib. Bu Ermənistanın keçmiş baş naziri, Böyük Britaniyada səfiri Armen Sarkisyandır. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, parlamnetdə 105 deputatdan 90-ı Armen Sarkisyanın lehinə səs verərək onu prezident seçiblər.

Yeni prezidentin namizədliyini iqtidarda olan Respublika Partiyası və Daşnaksütün Ermənistan inqilabi federasiyası irəli sürüb.

Hazırki prezident Serj Sarqsyanın səlahiyyətləri aprelin 9-da bitir. 

Qeyd edək ki, bundan sonra Ermənistan tam olaraq parlament üsul-idarəsi olan ölkəyə çevriləcək.

Ermənilərin yeni prezidenti Armen Vardanoviç Sarkisyan 1953-cü il iyunun 23-də Yerevanda anadan olub.

1970-1976-cı illərdə Yerevan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsində təhsil alıb. 1984-1985-ci illərdə Kembric Universitetində də çalışıb.

Armen Sarkisyan 1992-1993, 1998-2000, 2013-2018-ci illərdə Böyük Britaniyada səfir kimi çalışıb.

Top
JoomlaLock.com All4Share.net