İran səfirliyi qarşısında hücüm... 1 ölü
Featured

12 Mart 2018

İranın Vyanadakı səfirliyi hücuma məruz qalıb.

Vetenugrunda.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, əlində bıçaq olan şəxs səfirliyə hücum edib. Gözətçi hücumun qarşısını almaq üçün bibər qazından istiadə etsə də silahlı şəxsin hücumunu dəf edə bilməyib və ona dörd dəfə atəş açmaq məcburiyyətində qalıb.

Gözətçilər tərəfindən yerindəcə öldürülən 26 yaşlı Avstriya vətəndaşının hücumu nəticəsində bir polis qolundan yaralanıb.

Həkimlərin fikrincə, polisin vəziyyəti normaldır. Polisin təhlükəsizliynə görə Viyana daxilində diplomatik nümayəndəliklərin qorunması gücləndirilib. 

Top
JoomlaLock.com All4Share.net