Özbəkistanda Türkiyə seriallarına etiraz: "Əxlaqsızlığı təbliğ edir"
Featured

12 Mart 2018

Özbəkistanın "ZOR TV" adlı özəl telekanalında efirə verilən "Kara Sevda" türk serialının yayımı dayandırılıb.

"Truth NGO" xəbər verir ki, Özbəkistanın mətbuat və informasiya agentliyi nəzdində fəaliyyət göstərən KİV-in monitorinq mərkəzi belə bir nəticəyə gəlib ki, bu serial və digər Türkiyə serialları milli mentalitet və ənənələrə, həmçinin özbəklərin ailə dəyərlərinə ziddir.

Eyni Zamanda, Daşkəndin "Mirzə Yusuf" məscidinin imamı Rəhmətulla Sayfuddinovun martın 2-də cümə xütbəsində səsləndirdiyi fikirlər də ölkədə geniş rezonans doğurub. Xütbə zamanı imam bildirib ki, “türk seriallarının ucbatından ölkədə homoseksual uşaqlar doğulur.

Türkiyə serialları təkcə milli mentalitetə xələl gətirmir, eyni zamanda hələ törənməmiş uşaqların cinsi orientasiyasını pozur".

Top
JoomlaLock.com All4Share.net