İranlı qız Amerikanı silkələdi-VİDEO
Featured

04 Aprel 2018

Qlobal video paylaşma şəbəkəsi "YouTube"ın Kaliforniya əyalətinin San Bruno şəhərindəki baş ofisində baş vermiş silahlı hadisə bir anda dünya mətbuatında gündəm oldu. Amma bu xoşagəlməz olayın səbəbkarının soyadı daha çox soydaşlarımızı narahat edi; Nasime Aqdam.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 1 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən silahlı hücumu törədən 39 yaşlı Nasime Aqdam tapançadan 20 dəfə atəş açıb.

Nasim Ağdam ofisin yaxınlığında dayanaraq atəş açıb. 4 nəfəri nəfəri yaradıqdan sonra da özünü öldürüb.

Sosial şəbəkələrdə Nasime Sabz adı ilə qeydiyyatda olan qadın özünü heyvan haqlarını müdafiə edən aktivist və vegeterian kimi təqdim edib. "Youtube" Nasimenin hesabını bloka atdıqdan sonra o, qəzəblənərək silaha əl atıb.

San Bruno Polis Şöbəsinin rəisi Ed Barberini mətbuata verdiyi açıqlamda hücumun əl tapançası ilə həyata keçdiyini bildirib.

Yaralılardan 2-sinin vəziyyətinin ağır olduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp, Twitter hesabında olaya münasibət bildirib: "Düşüncələrimiz və dualarımız hadisədə iştirak edən insanlarladır".

Top
JoomlaLock.com All4Share.net