Yeni kəşf unutqanlıqdan xilas edəcək

06 Aprel 2018

Amerikalıların yeni kəşfi insanların unutqanlıq dərdinə son verəcək.

Məhşur şirkətlərindən biri olan "İnform" maraqlı cihaz hazırlayıb.

Belə ki, hazırlanan çip dünyadakı ən kiçik əşyanı belə unutmağa icazə vermir. Təqib çipi adlanan cihaz itirilən şəxsi əşyaların yerini dəqiqliklə təsbit edə bilir.

Yeni nəsil ağıllı telefonlara bağlantılı şəkildə işləyən cihaz sizə şəxsi əşyanızdan müəyyən məsafədə uzaqlaşdığınız zaman ismarıc vasitəsilə xəbərdarlıq edir. Çipi istənilən əşyanın üzərinə birləşdirməyiniz kifayət edir.

Hazırlanan təqib çipinin dekabr ayında orta hesabla 100 dollardan başlayan qiymətlərlə satışa çıxacağı bildirilib.

Top
JoomlaLock.com All4Share.net