Almaniyada hicab qadağasına YOX deyildi
Featured

13 Aprel 2018

"Hicabın məktəblərdə qadağan edilməsini istəyənlər agirdlər arasında ayrı-seçkiliyə səbəb ola bilər..."

Almaniya hökumətinin Miqrasiya və Qaçqınlar üzrə dövlət naziri Annet Uidman-Mauz 14 yaşdan kiçik müsəlman qızların hicab bağlamasına qadağa qoyulması planları barədə açıqlama verib.

O, Şimali Renn-Vestfalya əyalətində nəzərdə tutulan bu qadağanın konstitusiyaya zidd ola biləcəyini söyləyib:

"Bu addım məsələni həll etmir. Ailələrlə əlaqə yaratmalıyıq və qız uşaqlarını öz qərarlarını verəbiləcək vəziyyətə gələ bilməsi üçün gücləndirməliyik".

Hökumətin Ayrı-seçkiliklə Mübarizə İdarəsinin rəhbəri Kristina Lüders də bu qərara qarşı çıxıb:

"Müsəlmanların bağladığı hicabın məktəblərdə qadağan edilməsini istəyənlər cəmiyyətlərin inteqrasiya məsələlərini bu formada həll edə bilməzlər. Əksinə, şagirdlər arasında ayrı-seçkiliyə səbəb ola bilər və onlarda təcrid olunma hissini gücləndirə bilərlər".(maide.az)

Top
JoomlaLock.com All4Share.net