Rusiyada Telegram qadağan edildi
Featured

13 Aprel 2018

Vəkillər iclasın təxirə salınması ilə bağlı məhkəməyə vəsatət göndərsə də, o rədd edilib

Moskvanın Taqan rayon Məhkəməsi "Roskomnadzor"un Telegram şəbəkəsinin ölkə ərazisində bağlanılması ilə əlaqədar vəsatətini təmin edib.

Hakim Yuliya Smolina iş üzrə qərar açıqlana qədər şəbəkənin dərhal bloklanmasına müsbət baxıb.

Qeyd edək ki, Telegram nümayəndələri aprelin 13-də keçirilən iclasa gəlməyiblər. Buna səbəb Pavel Durov hüquqşünaslarına "açıq oyunda" iştirak etməyi qadağan edib.

Buna baxmayaraq vəkillər iclasın təxirə salınması ilə bağlı məhkəməyə vəsatət göndərsə də, o rədd edilib.(faktxeber)

Top
JoomlaLock.com All4Share.net