Dünyanın ən təmiz ölkəsi bəlli oldu

04 May 2018

Ümümdunya Səhiyyə Təşkilatının apardığı təhlil və tədqiqatlara görə, dünyada təmiz havasına görə birinci yeri Finlandiya tutur.

Təhlillər göstərir ki, Finlandiyada havada tozun miqdarı orta hesabla 6 mikroqram təşkil edir ki, bu da dünyada ən aşağı göstərici hesab olunur.

Estoniya, İsveç, Norveç və İslandiya Finlandiyadan sonrakı yerləri tutur.

Tozun miqdarının yuxarı olduğu və çirkli havanın hökm sürdüyü ölkələr isə Uqanda, Monqolustan, Qətər və Kamerun hesab olunur.

Top
JoomlaLock.com All4Share.net