Hollandiyada 87 yaşlı yəhudi müsəlman oldu

11 May 2018

Nasist Almaniyasının 1930-40-cı illərdə yəhudilərə qarşı həyata keçirdiyi qətliamdan sağ xilas olan Sal van Koeverden İslam dini qəbul edərək müsəlman olub. 87 yaşlı yəhudi Hollandiyada məscidə gələrək insanların gözü qarşısında müsəlman olduğunu dilə gətirib.

Yaşından və xəstəliyindən dolayı əlil arabasına məhkum olan Koeverdenin bu addımı böyük maraqla qarşılanıb. İsrail mediası bu xəbərə geniş yer verib, yəhudinin bu addımını sərt şəkildə qınayıb.

Araşdırmaçı jurnalist Esther Voet məsələ ilə bağlı qələmə aldığı məqalədə qeyd edib ki, Sal van Koeverdenin müsəlman olmasında səbəb ona bir müddət təmənnasız yardım edən müsəlman gəncdir. Uzun müddət tək və qayğıya ehtiyaclı vəziyyətdə yaşayan 87 yaşlı ahıla müsəlman gəncin göstərdiyi qayğı onun İslam dinini qəbul etməsi ilə nəticələnib.

Top
JoomlaLock.com All4Share.net