Yəhudi xaxam: "İsrail dövləti qeyri-qanunidir və ərazisi Fələstin xalqınındır!"
Featured

09 İyun 2018

"Neturei Karta" anti-sionist təşkilatının mətbuat katibi İsrael Devid Vays bildirib ki, İsrail dövləti qeyri-qanuni bir dövlətdir.

Vays qeyd edib ki, əsas sakinlərin yaşadığı bir yerdə başqa bir dövlətin qurulması qeyri-mümkündür, çünki Fələstinin əsas sahibləri fələstinlilərdir, İsrailin mövcudluğu isə mənasızdır.

Fələstinin sionistlər tərəfindən işğalına qarşı olduğunu bildirən Vays əlavə edib ki, "İsrail adlandırılan quruluş qeyri-qanunidir. Fələstin xalqının öz torpaqlarına olan hüququ sırf 1967-ci il torpaqları ilə məhdudlaşmır". O bildirib ki, bütün Fələstin ərazisi Fələstin xalqınındır.

Vays daha sonra yəhudiliyə dostcasına münasibətinə və yəhudilərə öz dinlərini yaşamağa imkan yaratdığına görə İran hökumətinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, İsrailin İrana qarşı nifrətinin və müntəzəm həmlələrinin səbəblərindən biri də budur.

O deyib ki, İran Fələstin xalqını dəstəkləyir və İsrail rejiminin mövcudluğunu qəbul etmir.

Top
JoomlaLock.com All4Share.net