Vəhhabilər tarixi abidələri oğurlayaraq İsrailə göndəriblər
Featured

23 İyun 2018

Suriyalı fəallar xəbər veriblər ki, bu ölkənin tarixi abidələrinin bir hissəsi yəhudilərin qədim məbədlərindən olan Cuber sinaqoqundan oğurlanaraq, sonda işğal olunmuş Fələstinə köçürülübdür.

Suriyalı fəallar bildiriblər ki, bu tarixi abidələrin bir hissəsi, o sıradan ceyran dərisi üzərinə yazılmış Torat-ın bir əlyazması, həmçinin bir neçə tablo və şamdan 2013-cü ildə yəhudilərin Dəməşqdəki Cubər məntəqəsində yerləşən məşhur məbədindən Şərqi Qutəyə köçürülmüşdü. Terror qruplarının bu məntəqədən geri çəkilmələri ilə həmin abidələrin taleyi haqda bir məlumat yayılmayıbdır.

Bundan öncə də Suriya dövləti bu ölkənin tarixi abidələrinin sionist rejim tərəfindən oğurlanmasının və Qunəytrə məntəqəsində yeni qazıntıların davam etməsinə etiraz olaraq, YUNESKO(UNESCO)-ya şikayət emişdi.

Terrorçular, o cümlədən İŞİD terror qrupu Suriyanın tarixi abidələrini qarət və qaçaq edərək, öz terror əməliyyatlarının xərclərini bu yolla təmin etməyə çalışırlar.

Top
JoomlaLock.com All4Share.net