Siz qələbə qazandız və ölkəyə başıuca qayıtdınız
Featured

27 İyun 2018

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Rusiyada keçirilən DÇ-2018 yarışlarında iştirak edən İran Milli Futbol Komandasına mesaj göndərib. 

Mesaj Ayətullah Xameneinin ofisi vasitəsilə futbolçulara çatdırılıb: "Milli komandaya deyin: Siz qələbə qazandız və ölkəyə başıuca qayıtdız. Afərin. İnşallah həmişə uğur qazanasız".

Qeyd edək ki, bu Ali Rəhbər Ayətullah Xameneinin İran Milli Futbol Komandasına ikinci mesajıdır. Bundan öncə İran və İspaniya milliləri arasındakı görüşdən sonra Ayətullah Xamenei komandaya "Sizin ötən axşamkı oyununuz əla idi. Allah qüvvət versin" mesajını çatdırmışdı.

Top
JoomlaLock.com All4Share.net