Fransa şiələri və yəhudiləri təhqir edən müftini ölkədən qovub
Featured

11 İyul 2018

Fransa radikal və təhlükəli xütbələrinə görə vəhabi müftisini ölkədən qovub.

Bu barədə Röyters-ə məlumatlı mənbə xəbər verib. Bildirilir ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu iş üçün yaşıl işıq yandırdıqdan sonra, Əl Hadi Dudini Əlcəzairə yollayıb.

Fransa KİV-ləri bildirir ki, hökumət tərəfindən qeydiyyatdan keçməyən müfti Marsel şəhərində qadınlara, şiə-müsəlmanlara və yəhudilərə qarşı kəskin xütbələr oxuyurmuş.

Maraqlıdır ki, müftinin özü də ittihamları təkzib etməyib.

Nyu-York Tayms-ın məlumatına görə, 63 yaşlı müfti öz xütbələrində yəhudiləri "meymun və donuzların qardaşı olan şər qüvvələr", qadınları "evdən bayıra çıxma hüquqları olmayan məxluq", şiələri isə "müsəlmanların müdafiəsi (?) üçün məhv edilməli olan mürtəd" adlandırırdı.(faktxeber.com)

Top
JoomlaLock.com All4Share.net