Bu gün Qızlar Bayramıdır
Featured

15 İyul 2018

Bu gün (15 iyul - 1 zilqədə) - Həzrət Məsumənin mövlud günüdür.

Vetenugrunda.az saytı adından bu mövlud münasibətilə başda Hz.Qaim (ə.f) olmaqla bütün Əhli-Beyt (ə) aşiqlərini təbrik edirik.

Müsəlmanların 8-ci imamı Həzrət Rzanın (ə.s.) bacılarından olan xanım Fatimeyi-Məsumə (s.ə.) hicri-qəməri 173-cü ildə Mədinədə anadan olub.

Xanım Məsumə (s.ə.) Xorasanda qardaşı İmam Rzanın (ə.s.) görüşünə gələrkən Qumda xəstələnib və dünyasını dəyişib. Məzarı müqəddəs Qum şəhərindədir.

Xanım Məsumənin (ə) misilsiz kəramətləri haqqında tarixi sənədlər kifayət qədərdir. Bu gün dünyanın müxtəlif guşələrindən Əhli-beyt aşiqləri onun ziyarətinə gəlir.

Hz.Məsumə(s.ə) barədə qardaşı İmam Rza(ə) buyurmuşdur: "Hər kim Fatiməni Qumda ziyarət edərsə, elə bil məni ziyarət etmişdir".

Top
JoomlaLock.com All4Share.net