Müsəlmanlara gəlinlik paltarı qadağan edildi
Featured

05 Avqust 2018

Qəzza Blokadası ilə Mübarizə Xalq Komitəsi tərəfindən İsrailin Qəzzaya girişini əngəllədiyi mindən çox məhsulun nümayiş olunduğu sərgi təşkil olunub.

İşğalçı İsrail rejimi butulka, plastik materiallar, uşaq üzgüçülük vasitələri, elektron cihazlar, əsas tikinti materialları, uşaq oyuncaqları, gəlinlik və qadın gözəllik ləvazimatları kimi məhsulların Qəzzaya girişinə icazə vermədiyinə diqqəti çəkən komitə sədri Camal əl-Hudari "Qəzzadakı humanitar böhran iqtisadiyyat sektorunun süqutunu özüylə gətirir", - sözlərini vurğulayıb.

Hudari Qəzzadakı sənayenin də bitmə nöqtəsinə gəldiyini bildirərək, "İsrailin tətbiq etdiyi blokada və lazımi xam maddələrin Qəzzaya girişinə mane olması səbəbilə bölgədəki zavodların 80 faizi bağlanıb.

Bu vəziyyət İsrailin Qəzzanı boğma və iqtisadiyyat sektorunu tamamilə məhv etmə siyasətinin bir hissəsidir", - deyib.

Xatırladaq ki, iyul ayında Kərim Əbu Salim Sərhəd Qapısını bağlayan İsrail rejimi ötən həftə də evlərdə istifadə edilən qaz və yanacağın Qəzzaya girişini qadağan etmişdi.(maide.az)

Top
JoomlaLock.com All4Share.net