Danimarkada burkalı qadın cəzalandırıldı
Featured

05 Avqust 2018

Danimarka parlamenti bu il mayın 31 -də burka və niqaba qadağa qoydu. Bu qadağaya əsasən burka və niqab geyinən qadınlar  cəzalandırılacaq. Artıq cəzalandırma baş tutub.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə burka və niqaba qoyulan qadağanı pozan qadın 1000 Danimarka kronu məbləğində cərimələnib.

Kopenhagen Universitetinin 2010-cu ildə apardığı araşdırmanın nəticəsinə görə Danimarkada 200-ə yaxın burkalı qadın var.

Qeyd edək ki, İtaliya, İspaniya, Belçika, Hollandiya, Bolqarıstanla yanaşı dünyanın bir sıra ölkələrində-niqab və burkaya qadağa qoyulub. Lakin dünyanın heç bir ölkəsində hicaba qadağa qoyulmayıb.

Top
JoomlaLock.com All4Share.net