Heydər Başı 15 illik həbs cəzası gözləyir-VİDEO
Featured

08 Avqust 2018

Türkiyədə böyük skandala səbəb olan daha bir tutqulama prosesi medianın gündəmini zəbt etməkdədir.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,

Müstəqil Türkiyə Partiyasının (BTP) lideri, professor Heydər Başa biznes ortağı olan doktor Mustafa Eraslanın 6 milyon türk lirəsi dəyərində mülkünü zorla ələ keçirib, boş sənədə imza atdırması ilə bağlı ittham irəli sürülüb.

Hazırda Türkiyə hökuməti Heydər Başın bütün əmlakına həbs qoyaraq, onun ölkədən çıxışına qadağa qoyub.

Mustafa Eraslanın həyat yoldaşı Meral Eraslan məhkəmədə iddia edib ki, Heydər Baş onlarla insanın mülkünü əlindən alıb.

Qeyd edək ki, bu ittihamlarla Heydər Başı 17 ilə qədər həbs cəzası gözləyir.

Əslində Ərdoğan hökumətinin Heydər Başın üstünə qəfil hücumunun arxasında dayanan səbəb başqadır. Belə ki, Heydər Başın Ərdoğan hökumətinin yarıtmaz fəaliyyəti ilə bağlı etdiyi kəskin çıxışları bütün Türkiyədə maraqla dinlənirdi.

Xatırlayırsınızsa, Türkiyədə daim islami vəhdəti və müstəqilliyi təbliğ edən Alparslan Kuytul da Ərdoğanın xarici və daxili siyasətini tənqid etdiyinə görə şərlənərək həbs edildi. 

Top
JoomlaLock.com All4Share.net