Orxan Camalı Nardarana nə bağlayırdı?-VİDEO
Featured

09 Avqust 2018

Azərbaycanı çox sevən və hər zaman haqları uğurunda döyüşən böyük azərbaycanlı Orxan Camalın dəfn mərasimi avqustun 7-də baş tutdu.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Moskva məscidində Mərkəzi Afrika Respublikasında öldürülən Orxan Camalın vida mərasimi keçirilib. Dəfn mərasimində çıxış edənlər Orxan Camalın timsalında böyük insanı itirdiklərini ürək ağrısıyla qeyd ediblər.

Rusiya Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Maksim Şevçenko isə Orxan Camalın uşaqlıq illərinin Nardaranda keçirdiyini və onun Azərbaycana xüsusi bağlılığı olduğunu dilə gətirib. 

Vida mərasimindən sonra Orxan Camal Xovan qəbristanlığına dəfn olunub.

Top
JoomlaLock.com All4Share.net