Tramp qayınanası ilə qayınatasına görə ABŞ qanunlarını pozdu
Featured

10 Avqust 2018

ABŞ prezidenti Donald Trampın qayınanası və qayınatası xüsusi mərasimlə Amerika vətəndaşı oldular.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Trampın həyat yoldaşı Melania Trampın Sloveniyada doğulmuş ata-anası Viktor və Amalija Nyu-Yorkda ABŞ vətəndaşlığını qəbul ediblər.  

Melanianın valideyinləri ABŞ-da onun sponsoru olduğu yaşıl kartlarla yaşayacaqlar. Bu barədə KİV-ə onların vəkilləri məlumat verib.

Əgər xatırlayırsınızsa, Tramp qohumluq əlaqələri ilə zəncirləmə "qaçqınlığa" qarşı çıxmışdı. Eyni zamanda ABŞ qanunlarına görə Trampın qayınanası və qayınatası ABŞ vətəndaşlığını almaq üçün ən azından beş il Amerikada yaşıl kartla yaşamalı idilər.

Bu isə Trampın ilk qanun pozuntusu deyil. 2001-ci ildə manikenlik fəaliyyəti üçün Amerikaya gələn Melanianın da 2006-cı ildə ABŞ vətəndaşlığını almasına nail olmuşdu. Amma Melanianın vətəndaşlıq alması əsl məzhəkədir. Belə ki, o, Amerikaya qeyri-adi istedad sahibi olan insanlara şamil edilən Eynşteyin vizasıyla girib.

ABŞ-da keçirilən prezident seçkiləri öncəsi etdiyi çıxışla o, nə qədər "üstün zəkaya" sahib olduğunu göstərdi. Barak Obamanın xanımı Mişel Obamanın çıxışını kopyalasa da hətta üzündən oxumaqda çətinlik çəkməsi insanların gülüşünə səbəb olmuşdu. Belə bir adama Eynşteyin vizasının hansı meyarla verildiyi bəllidir.

Qeyd edək ki, Viktor Kvans Sloveniyanın Sevinca şəhərində avtomobil satışı ilə məşğul olurdu. Onun həyat yoldaşı Amalija isə bir parça fabrikində çalışırdı.

Top
JoomlaLock.com All4Share.net