İtaliyada güclü zəlzələ baş verdi

27 Oktyabr 2016

Çərşənbə günü İtaliyanın mərkəzində qeydə alınan 5,4 bal gücündə yeraltı təkanlardan sonra 6,2 bal gücündə daha bir zəlzələ baş verib. Bu barədə "Sky TG24" xəbər kanalı məlumat yayıb.

ANSA-nın məlumatına görə, İtaliya Geofizika və Vulkanologiya İnstitutundan yeraltı təkanların 5,9 bal gücündə olduğu, lakin bu məlumatın əlavə dəqiqləşdirilməyə ehtiyac duyduğu bildirilib.

Yeraltı təkanların episentri Peruca və Maçerata şəhərləri arasında olub.

Top
JoomlaLock.com All4Share.net