İŞİD terrorçuları Almaniyada toxunulmazdır
Featured

18 Avqust 2018

İraqlı qadın 2014-cü ildə onu əsir götürən İŞİD üzvüylə Almaniya küçələrində qarşılaşıb.

İraqın şimalında 2014-cü ildə İŞİD tərəfindən qaçırılan və üç il sonra təşkilatdan qaçıb Almaniyaya gedən bir yezidi gənc qadın onu satın alan İŞİD üzvüylə Almaniyada qarşılaşdığını açıqlayıb.

Aşvaq Talo 2014-cü ildə bütün ailəsiylə birlikdə Şenqalda İŞİD tərəfindən qaçırılıb. Həmin vaxt 15 yaşında olan Talo başqa ailə üzvləri ilə birlikdə təşkilat tərəfindən Mosulda satılıb və onu Əbu Humam adlı suriyalı İŞİD üzvü 100 dollara satın alıb. O, buradan Suriyaya aparılıb.

Talo daha sonra olduğu yerdən qaçmağı bacardığını, 14 saat piyada gedərək, Sincər dağına çatdığını sonra da qaçqın statusuyla Almaniyaya gəldiyini deyir.

Yezidi qadın Humamın fevralda Ştutqart şəhərində qarşısına çıxdığını qeyd edir:

"Üzünə diqqətlə baxanda donub qaldım. Bu eyni qorxunc saqqallı və çirkin üzlü Əbu Humam idi. Almanca danışmağa başlayıb məndən "Sən Aşvaqsan, deyilmi?", – deyə soruşduqda dilim tutuldu. "Mən Əbu Humamam. Bir müddət mənimləydin. Həyatda olduğunu, kiminlə yaşadığını və nə etdiyini bilirəm", – dedi".

Gənc qadın bu qarşılaşmadan sonra dərhal qaçdığını, yaşadıqlarını qardaşına, polisə və miqrasiya ofisinə danışdığını qeyd edir.

Talonun bildirdiyinə görə, polis Humamın kimliyini təsbit edib, lakin onun da ölkədə qaçqın statusuyla olması səbəbindən heç bir şey edə bilməyəcəklərini deyib.

Xəbərdə Talonun daha sonra Almaniyadan getdiyi və İraq Kürdüstan Regional Rəhbərliyinə gəlib atası ilə yaşamağa başladığı bildirilir.

Talo "Heç vaxt Almaniyaya geri qayıtmayacağam", – deyir.

Xəbərdə bir çox yezidi qadın və qız uşağının hələ də İŞİD-in əlində olduğu, Talonun bacısının da onların arasında yer aldığı, habelə beş qardaşının itkin düşdüyü də bildirilir.

Top
JoomlaLock.com All4Share.net