200 yaşlı muzey bir anda kül oldu-VİDEO
Featured

03 Sentyabr 2018

Braziliyanın Rio de Jenerio şəhərində yerləşən 200 yaşlı muzey içindəki əşyaları ilə bərabər yanıb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, muzeydə saxlanan Amerika qitəsinin ən qədim skleti olan 12 min illik qadın skleti də yanaraq kül olub.

Dünən (sentyabrın 2-də) muzeyin ziyarətçilərə qapalı olan zaman yanmasının səbəbi isə hələ araşdırılır.

20 milyondan çox əşyası olan muzeyin yerləşdiyi binda eyni zamanda Portuqal Kral ailəsinin mənzilləri mövcud idi. Braziliya tarixinə aid əsərlərlə yanaşı bu muzeydə qədim Misirə aid çox sayda arxeloji əsərlər saxlanırdı.

Top
JoomlaLock.com All4Share.net