29 nəfərin ölümünə səbəb olan terrorçuların videosu yayıldı-VİDEO
Featured

24 Sentyabr 2018

İran-İraq müharibəsinin 38-ci ildönümü münasibətilə sentyabrın 22-də İran İslam Respublikasının Xuzistan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi parada olan silahlı hücum nəticəsində ölənlərin sayı 29-a çatıb. İran rəsmilərinin verdiyi xəbərə görə, terror zamanı 60-a yaxın insan yaralanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, terroru Əl-Əhvaziyyə terror təşkilatının törətdiyi bəlli olub. Ərəb separatçılarından ibarət olan terror qruplaşmasının Danimarkada yaşayan rəhbəri Həbib Bəhrəng səbəb kimi ərəblərin çoxluq təşkil etdiyi Əhvazda yerli xalqın hüquqlarının pozulmasını misal çəkib.

Lakin terror qurbanlarının arasında ərəblər də vardı.

Əhvazda baş vern terroru İŞİD terror təşkilatı da üzərinə çəkib. Beləki, İŞİD-ın informasiya dəstəyi olan "Amaq" İranın Əhvaz şəhərində terror törədən terrorçulardan 3-ü ilə bağlı video yayımlayıb. Məlumata görə, videoda İran hərbçilərinin geyimində olan terrorçulardan 2-nin ərəbcə, birinin isə fars dilində danışdığı görünür.

Qeyd edək ki, Əhvazda baş verən terrorla bağlı bu gün İran İslam Respublikasında matəm elan edilib.

Allah bütün Şəhidlərə rəhmət nurundan pay versin. 

Картинки по запросу ‫ترور اهواز‬‎  

Əhvaz terrorunu törədən 4 nəfərdən ikisi öldürülüb, ikisi isə ələ keçirilib. Onlardan biri yaralıdı.

Top
JoomlaLock.com All4Share.net