Ermənistanla sərhəddə əsir götürülən Türkiyənin Qars şəhərinin Akyaka rayonunda yaşayan çoban Ümid Əli Özmən ailəsinə qovuşdu.
Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 16 yaşlı Əli 64 gün İrəvanda həbsdə saxlanılıb. Ümid Əlini nənəsi və anası qarşılayıb.
Bu il, iyulun 28-də ermənilərə əsir düşən çobanla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng vurmuşdu. Paşinyan isə Ərdoğana çobanın azad olunması barədə tapşırıq verdiyini bildirmişdi.