"İnterpol"un rəhbəri itkin düşüb
Featured

05 Oktyabr 2018

"İnterpol" rəhbəri Men Hunvey Çində itkin düşüb.

Vetenugrunda.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, beynəlxalq axtarış sisteminin rəhbərinin xanımı Fransa polisinə müraciət edib. Artıq Fransa polisi araşdırmaya başlayıb. 

Həyat yoldaşı deyib ki, Hunvey  sentyabrın 29-da Çinə səfər edib və daha sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

69 yaşlı Hunvey ailəsi ilə birgə "İnterpol"un qərərgahı yerləşən Fransanın Lion şəhərində yaşayırdı.

"İnterpol" isə bu barədə geniş açıqlama vermək istəməyib və həm Fransada, həm də Çində axtarışlar aparıldığını bildirməklə kifayətlənib.

Qeyd edək ki, Men Xunvey daha əvvəllər Çinin milli təhlükəsizlik nazirinin müavini vəzifəsində çalışıb.

Top
JoomlaLock.com All4Share.net