İndoneziyada zəlzələ qurbanlarının sayı 1571-ə çatdı-VİDEO
Featured

05 Oktyabr 2018

Sentyabrın 28-də İndoneziyada 7,5 bal gücündə zəlzələ baş verib. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, zəlzələdən sonra yaranan sunami güclü dağıntılara və təlafata səbəb olub. Bir yaşayış massivində 1000-dən çox insanın dağıntılar altında qaldığı bəlli olub. 

Zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1571 nəfərə çatıb. 2549 nəfər yaralı isə müalicə almaqdadır. 

Evsiz qalan 70 min 821 nəfərə 140 nöqtədə sığınacaqlar tikilib.

Top
JoomlaLock.com All4Share.net