Krımda tələbə qətliam törətdi-18 ölü, 50 yaralı-VİDEO
Featured

17 Oktyabr 2018

Krımda bir tələbənin "hədsiz bacarığı" qətliamla nəticələnib.

Vetenugrunda.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Krımdakı Kerç şəhərində yerləşən politexnik kollecində təhsil alan 4-cü kurs tələbəsi Vladislav Roslyakov kollecin binasında özünün hazırladığı partlayıcı qurğunu partladıb. Daha sonra silahla otaqdakı tələbələrə atəş aşıb. Atəş nəticəsində 18 nəfər ölüb, 50 nəfər yaralanıb. 

Roslaykov hadisədən sonra binanın ikinci mərtəbəsində intihar edib.

İntiharın dəqiq səbəbləri araşdırılır.

Top
JoomlaLock.com All4Share.net