Türkiyədə "İslam səkkizliyi"nin iclası keçiriləcək
Featured

02 Noyabr 2018

Türkiyənin Antalya şəhərində “D-8” (İslam səkkizliyi) qrupunun 18-ci iclası keçiriləcək.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib. 

Məlumata görə, iclas noyabrın 3-ü baş tutacaq.

İclas zamanı “İslam səkkizliyi” üzv ölkələri arasında münasibətlərin inkişafı və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “D-8”in 17-ci iclası 2017-ci ilin oktyabrında İstanbulda keçirilmişdi. Qrupa Türkiyə, İran, Pakistan, Banqladeş, Misir, Nigeriya, İndoneziya və Malayziya daxildir.(trend)

Top
JoomlaLock.com All4Share.net