Zərif bütün dünyaya müraciət etdi-VİDEO
Featured

09 Noyabr 2018

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ sanksiyalarının rəsmən başlamasına görə iranlılara və dünya ictimaiyyətinə videomüraciət ünvanlayıb.

Cavad Zərif bu müraciətdə ABŞ sanksiyalarının əsassız, qərəzli, beynəlxalq qərarlardan və normalardan uzaq olduğunu deyib. O bildirib ki, bu sanksiyaların məqsədi İran xalqına iqtisadi baxımdan təzyiq göstərmək və nəticədə onları hakimiyyətdən ayırmaq məqsədi daşıyır.

O bildirib ki, ABŞ-ın sanksiya siyasətini yalnız işğalçı İsrail rejimi və bölgədə olan bir neçə totalitar rejimlər dəstəkləyir.

Bu sanksiyalar səbəbindən, İsrailin və bəzi totalitar rejimlərin cinayətlərini ört-basdır etmə baxımından Amerikanın bundan sonra beynəlxalq arenada daha da təcrid olacağını deyən Məhəmməd Cavad Zərif bildirib ki, ölkəsi bu məsələlərdə beynəlxalq ictimaiyyətin dəstəyini qazana bilib.

M.C. Zərif əlavə edib ki, İran dövləti həmişə çətinliklər qarşısında tarix yazan xalqına arxalanaraq, bu dövrü də keçəcək və Amerika məntiqsiz addımlarına görə peşman olacaq.(eastnews.org)

Top
JoomlaLock.com All4Share.net