ABŞ təyyarələri Pakistanda 2 mindən çox şəxsin ölümünə səbəb olub
Featured

12 Noyabr 2018

ABŞ-ın pilotsuz uçan təyyarələr vasitəsilə 2004-cü ildən bu günə kimi Pakistanda həyata keçirdiyi hərbi əməliyyatlarda 2 min 714 mülki şəxs həlak olub.

Pakistanın Beynəlxalq Terrorçuluqla Mübarizə Təşkilatının hazırladığı hesabatda bildirilir ki, ən şiddətli əməliyyatlar 2008-2012-ci illərdə həyata keçirilib. Bu illər ərzində 336 dəfə pilotsuz təyyarələrin bombardmanı nəticəsində 2 min 282 mülki insan ölüb, 658 nəfər isə yaralanıb. Yaralananların əksəriyyəti ömürlük şikəst qalıb.

Ölkənin Bajaur, Bannu, Hangu, Haybər, Cənubi və Şimali Vəziristan vilayətlərində əhalinin sıx yaşaması burada keçirilən hərbi əməliyyatlarda mülki əhali arasında ölüm hallarının daha çox olması ilə nəticələnib, infrastruktura, şəxsi təsərrüfatlara böyük maddi ziyan dəyib.

Dövlət və şəxsi təsərrüfatlara dəyən ziyanın və insan itkisinin getdikcə artdığını görən Pakistan hökuməti ABŞ-dan əməliyyatların dayandırılmasını tələb edib. ABŞ 2012-ci ildən etibarən pilotsuz uçan təyyarələrlə hərbi əməliyyatları dayandırıb.

Bu əməliyyatların birində "Taliban" hərəkatının liderlərindən biri olan Molla Əxtər Mənsur qətlə yetirilib.(azərtac)

Top
JoomlaLock.com All4Share.net