İranda "Qızıl sultanı"nı belə edam etdilər-VİDEO
Featured

15 Noyabr 2018

İranda 2 tona yaxın qızılı yığıb möhtəkirlik etdiyi deyilən "Qızıl sultanı" və "Molla Ömər" ləqəbli Vəhid Məzlumin, onunla əlbir olan Məhəmməd İsmayıl Qasimini, Məhəmməd Salimi ötən gün edam ediliblər.

İran mediası edama məhkum edilmiş məhkumların dar ağacına aparılması görüntülərini yayımlayıb.

Həmçinin görüntülərdə məhkumların vəsiyyət yazması və son sözləri də əks etdirilib.

Qeyd edək ki, "Qızıl sultanı" ləqəbli Vəhid Məzlumin, Məhəmməd İsmayıl Qasimi və onlarla əlbir olan Məhəmməd Salim İran məhkəməsi tərəfindən "Yer üzündə fəsad törətmə" maddəsi ilə ittihamlandırılaraq edma məhkum ediliblər.

SalamNews xəbər verir ki, İran polisi cari ayın iyulunda ölkədə qızılın və valyutanın qiymətində gərginliyin yaranmasında əli olan "Qızıl sultanı"nı həbs ediblər. Tehranın Polis İdarəsi həmin zamanda jurnalistlərə verdiyi məlumatda bildirib ki, "Qızıl sultanı" ötən ildə bazardan 2 ton qızıl sikkəni yığaraq möhtəkirlik edib.

Top
JoomlaLock.com All4Share.net