Avstraliyada qətliam törətmək istəyən 3 türkiyəli vəhabi həbs edildi-VİDEO
Featured

22 Noyabr 2018

Avstraliyanın Melbourne şəhərində Yeni il gecəsi üçün qətliam planlaşdıran 3 türkiyəli vəhabi həbs edilib.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, polisin 2017-ci ildən bu günə qədər izlədiyi Ertunc Eriklioğlu (30), Samed Eriklioğlu (26) və Hanifi Halis (21) terör planlarına mart ayından başlayıblar.

Avstralya polisi, Eriklioğlu qardaşları ilə Halisin daha çox insanı qətlə yetirmək məqsədilə insanların sıx olduğu məkanlarda terror törətmək planlarını ifşa edib.

Avstraliya kəşfiyyatı bu üç vəhabinin fəaliyyətini araşdırrakən şifrəli mesajlaşma diqqətlərini çəkib. Şifrəli mesajlaşmanı çözərkən bəlli olub ki, üç vəhabi şübhəli bir nəfərdən 22 kalibirli tüfəng almaq üçün artıq əməliyyata başlayıblar.

Eriklioğlu qardaşları və Hanifi Halis ötən gün saat 3-də evlərindəykən polis tərəfindən həbs ediliblər.

Ertunc Eriklioğlunun həyat yoldaşı Habiba Ba isə ərinin dindar biri olduğunu söyləyərək onu müdafiə edib: "O, niyə insanları öldürsün ki, o, dindardı axı".

Картинки по запросу Ertunç Eriklioğlu  Samed Eriklioğlu

Top
JoomlaLock.com All4Share.net