Facebook İtaliyaya 100 milyon avro cərimə ödəyəcək
Featured

23 Noyabr 2018

Facebook sosial şəbəkəsini vergidənyayınma ittihamı ilə cərimə ediblər.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, facebook sosial şəbəkəsi İtaliya hökumətinə 100 milyon avro cərimə ödəyəcək.

Bu barədə "Döç Velle" məlumat yayıb.

Qeyd edilir ki, Feysbuk 2010-2016-cı illərdə reklam gəlirləri ilə bağlı ödənişləri vergi faizlərinin daha aşağı olduğu ölkələrdə həyata keçirib. Feysbukun bu yolla 300 milyon avroluq vergidən yayındığı ehtimal edilir.

Məlumata görə, İtaliya Appl, Amazon və Google şirkətləri ilə də bənzər araşdırmalar aparıb.

Facebook-un 2019-cu il üçün İtaliyadakı razılaşması Brüsel və İtaliya hökuməti arasında yaranmış anlaşılmazlıq zamanı ortaya çıxıdı. 

Belə ki, Avropa Komissiyası İtaliyanın yeni büdcəsini iki dəfə rədd edərək Roma hökumətinə intizam xarakterli bir prosesi başlatmaq üçün ilk addımı atdı.

Top
JoomlaLock.com All4Share.net