Sosial şəbəkələrdə qatilləri necə “qəhrəmana” çevirirlər-FOTO+18
Featured

05 Dekabr 2018

İranda edam edilərkən gülümsəyən qatil əslində kimdir?

2005-ci ilin avqust ayının 2-də Tehranda səs-küylü bir qətl hadisəsi baş verdi. Tehran Məhkəməsinin 3-cü şöbəsinin tanınmış məhkəmə hakimi Həsən Əhmədi-Müqəddəs, şəhərin Əhməd Qəsir küçəsində silahlı terror hücumu nəticəsində qətlə yetirildi. Hakim Əhmədi-Müqəddəs bir çox səs-küylü məhkəmə işlərini aparan bir təcrübəli hakim idi və ədalətli qərarları sayəsində dəfələrlə "nümunəvi hakim" dərəcəsinə layiq görülmüşdü. Hakim işdən evə qayıdarkən onu qətlə yetirdilər.

Aparılan operativ istintaq tədbirləri sayəsində cinayətin üstü isti izlərlə açıldı. Qatillər – Məcid Kavusifər və onun qardaşı oğlu Hüseyn Kavusifər adlı cütlük idi. Qətldən dərhal sonda, bu cinayətkar cütlük Birləşmiş Ərəb Əmirliklərinə uçmuş və Dubaydakı Amerika səfirliyinə maraciət edib özərini – " İranda təzyiqlərə məruz qalan siyasi qaçqın" kimi qələmə verərək ABŞ-dan sığınacaq almağa səy etmişdilər.

Qətlə yetirilən hakim Həsən Əhmədi-Müqəddəs

ABŞ səfirliyi isə İran tərəfinin təqdim etdiyi dəlil-sübutları analiz edərək bu cütlüyün qatil olduğunu görüb onları Dubay polisinə təhvil vermişdi. Dubay polisi isə bu terrorçu əmi-qardaşoğlunu İrana ekstradisiya etdi.

İstintaq araşdırmaları nəticəsində bu cinayətkar cütlüyün törətdikləri bir neçə qətl, silahlı basqın və s. kimi cinayətləri də aşkar edilərək sübuta yetirildi. Nəticədə, hər iki qatil asılmaq yolu ilə edam hökmünə məhkum edildilər. Hökmün icrası isə mərhum hakimin qətlinin il dönümü günü, elə avqustun 2-də qətl hadisəsinin törədildiyi məkanda baş tutdu – Məcid Kavusifər öz qardaşı oğlu ilə birlikdə ictimaiyyətin qarşısında edam edildilər.

Edam zamanı yaşca kişik olan Hüseyn Kavusifər çox həyacan keçirir və qorxusundan əsirdi. Əmisi Məcid Kavusifər onu ruhlandırmaqdan ötrü qardaşı oğluma baxaraq gülümsədi. Daha sonra, özü də stres keçirən Məcid Kavusifər özünü soyquqqanlı göstərməkdən ötrü qandanlanmış əli ilə hadisə yerinə toplanmış insanlara əl salladı. Hadisə yerində olan çoxlu və edamı lentə alan çoxlu sayda jurnalistlər qatilin bu gülüş anını kameraların yaddaşına köçürdülər.

Похожее изображение

Məcid və qardaşı oğlu Hüseyn edamdan sonra

Bu kadrları lentə alan jurnalistlər arasında ABŞ-ın "Reuters" xəbər agentliyinin jurnalisti də var idi. Oun lentə aldığı – "qatilin edamdan qabaq gülümsəmə anını" əks etdirən kadr "Reuters" xəbər agentliyi tərəfindən bütün dünyaya paylaşıldı və oxucular tərəfindən maraqla qarşılandı: ölümdən qabaq gülümsəməni müşahidə etməyə alışmamış izləyicilər bu şəkili həvəslə sosial şəbəkələrdə paylaşdılar.

Hadisənin İranda baş verdiyini görən İslam düşmənləri isə dərhal bu şəkil əsasında müxtəlif yalan xəbərlər yaymağa başladılar – "İranda haqqı yazan jurnalistlərin edamı", "İranda türklərin hüquqları uğrunda mübarizə aparan milli fəalın edamı", "İranda kürdlərə divan tutulur" və s. kimi saxta xəbərlər bu günün özündə də sosial şəbəkələrə yayılır.

Bu işdə xüsusi fəallıq göstərən isə, əllərinə düşən hər imkandan İslamın və İran İslam Respublikası əleyhinə təbliğatlar aparan – ABŞ və İsraidən maliyələşən pantürkist-sionist ideyası davamçılarıdır. Onlar öz saytlarında bu yalanı həvəslə paylaşır, "qatilin son gülüşündən" öz xain niyyətlərini həyata keçirməkdən ötrü istifadə edirlər.

Dünyanın müxtəlif ölkələrnin öz qanunları var. Avropada bu cür qatiləri gündə 3 dəfə yeməklə, televizor, internet, idman trenajorları və s. "demokratiya təcüssümləri" ilə təmin olunan zindanda saxlayıb bir neçə ildən sonra yeni cinayətlər törətməkdən ötrü azaqlığa buraxırlarsa, İranda hər şey ciddidir. Qətlin cəzası edamdır! Bu cür qətllər torədən qatillər ediam edilir və bu düzgün qərardır. Ədalət – qatilin yox, qətlə yetirilənin haqqını bərpa etməkdir!

Həmid Türki

Top
JoomlaLock.com All4Share.net