Print this page

Türkiyədə sürət qatarı qəzaya uğradı -9 ölü, 47 yaralı-VİDEO
Featured

13 Dekabr 2018

Türkiyədə Ankara-Konya marşrutu üzrə hərəkət edən yüksək sürət qatarı eyni yolda nəzarəti həyata keçirən lokomotivlə toqquşub. Hadisə nəticəsində  47 nəfər yaralanıb, ölənlərin sayı 9 nəfərə çatıb. Bu barədə Türkiyənin nəqliyyat naziri Cahit Turhan məlumat verib. O, bildirib ki, ölənlərdən üçü maşinist, altısı isə sərnişindir.

Vetenugrunda.az-ın Hürriyet-ə istinadən verdiyi xəbərə görə, hadisə Ankaranın Yeni məhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.

Qəza nəticəsində iki vaqon aşıb. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər.

Qatarda ümumilikdə 206 sərnişin olub. Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.