Dünyada 250-dən artıq jurnalist həbsdədir
Featured

14 Dekabr 2018

Artıq 3 ildir dünyada 251 və daha artıq jurnalist həbsdədir. Bu, tənqidi xəbər işinə avtoritar yanaşmanın heç də müvəqqəti olmadığını göstərir. Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəs (CPJ) bildirir ki, ötən il Çin, Misir və Səudiyyə Ərəbistanı daha çox jurnalisti həbsə atdırıb, Türkiyə isə dünyada ən çox jurnalist həbs edən ölkə olaraq qalır.

Artıq üçüncü ildir Çində, Misirdə və Səudiyyə Ərəbistanında yeni repressiya dalğası mətbuat azadlığına təzyiqlərdə özünü göstərib.
Yer üzündə həbs olunmuş jurnalistlərin əksəriyyətinə – 70 faizinə dövlətə qarşı ittihamlar irəli sürülüb. Onlar hakimiyyətin terrorçu kimi tanıdığı qruplara üzvlükdə, yaxud onlara yardımda suçlanır.

Dünyada saxta xəbər ittihamıyla həbs olunanların sayı 28-ə çatıb, iki il öncə bu rəqəm doqquz idi.(azadliq.org)

Top
JoomlaLock.com All4Share.net