Tehranda avtobus qəzası-Ayətullah Xamenei başsağlığı verib-VİDEO
Featured

26 Dekabr 2018

İranın paytaxtı Tehranda Azad İslam Universitetinin kampus ərazisində tələbələri daşıyan avtobus aşıb. Hadisə nəticəsində 9 tələbə ölüb, 26-sı isə yaralanıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei Azad İslam Universitetinin bir qrup tələbəsinin avtoqəzada ölümü münasibətilə başsağlığı verib: "Allahın adı ilə! 8 tələbənin müsibətli ölüm xəbəri və bir neçə tələbənin yaralanma xəbəri çox ağrılı xəbər oldu. Bu acı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və Allahdan onlara rəhmət və məğfirət, yaralılar üçün Allahdan şəfa diləyirəm. Müsibətli ailələrə isə səbr və əcr diləyirəm."


Qeyd edək ki, qəzada xəsarət alanlardan dördünün vəziyyəti ağır olaraq qalır. 

Top
JoomlaLock.com All4Share.net