Kanada 3 ildə 1 milyondan çox miqrant qəbul edəcək
Featured

13 Yanvar 2019

Kanada hökuməti üç il içində bir milyondan çox miqrantı qəbul edəcəyini açıqladı.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu xəbər Kanadanın Miqrasiya, Millətçilik və Vətəndaşlıq naziri Əhməd Hüseynin parlamentə verdiyi hesabatda yer alıb.

Nazirin verdiyi hesabatda deyilir ki, Kanada 2019-cu ildə 330 min, 2020-ci ildə 341 min, 2021-ci ildə isə 350 min nəfəriin qəbul edilməsini planlaşdırır.

Somali əsilli miqrant olan nazir Əhməd Hüseyn deyib ki, "Böyük ölçüdə, tariximiz boyunca qapılarımızı açdığımız miqrantların sayəsində Kanada güclü və hamının xoşbəxt ola biləcəyi bir ölkə halına gəldi".

Nazir eyni zamanda yeni miqrant axınının Kanada əhalisinin sayının azalması və doğum faizinin getdikcə düşməsinin qarşısını ala biləcəyini də söyləyib. 

Əhməd Hüseyn çıxışında bildirib ki, Kanada əcnəbilərə irqinə, milliyyətinə, etnik kökünə, dininə və cinsiyyətinə görə ayrı-seçkilik etmir: "Bizim ölkəmiz miqrantların rifahının yaxşılaşdırılması üçün daim yeni layihələr, proqramlar hazırlayır. Kanada miqrantların qayğısına qalan, onların gələcəyini yaxşı istiqamətə yönləndirən ən yaxşı ölkələrə liderlik edir. 

37 milyon əhalisi olan Kanadada hər beş nəfərdən biri miqrantdır. 1990-cı ildən bu yana ölkəyə altı milyondan çox miqrant gəlib".

Top
JoomlaLock.com All4Share.net