Polşanın Qdansk şəhərinin meri aldığı bıçaq yarasından ölüb
Featured

15 Yanvar 2019

Polşanın Qdansk şəhərinin meri Pavel Adamoviç aldığı bıçaq yarasından xəstəxanada ölüb. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, yanvarın 13-də, əvvəllər məhkum olunmuş, 27 yaşlı Qdansk sakini konsert zamanı merə hücum edərək onu ağır yaralayıb. Diafraqması və digər orqanları ciddi zədə görən merin həyatını xilas etmək olmayıb.

Qdansk sakinləri isə sona qədər öz merlərinə sevgilərini əsirgəməyiblər. Belə ki, merin müalicə aldığı xəstəxananın qarşısına minlərlə insan toplaşıb, onlar qan vermək və merin salamat qalması üçün əllərindən gələni ediblər. Lakin bıçaq zərbəsi çox dərin olduğundan Pavel Adamoviç vəfat edib. 

Top
JoomlaLock.com All4Share.net