Hökumətin qərarına etiraz edən ermənilər ayağa qalxdı
Featured

06 Fevral 2019

Ermənistan hökumətinin yeni qərarı universitet əməkdaşlarını ayağa qaldırdı
Yerevan Dövlət Universitetinin 200-ə yaxın əməkdaşı paytaxtda etiraz aksiyası keçirir.

Aksiya iştirakçıları hökumətin yeni qərarına etiraz edirlər.

"Nazirlər Kabinetinin və Maliyyə Nazirliyinin qərarına əsasən, elmi laboratoriyaların maliyyələşdirilməsi üçün tenderlər tələb olunur. Bu o deməkdir ki, hansısa özəl şirkət bu tenderlərdə iştirak edə bilər, YDU-nun əməkdaşları isə işsiz qalacaqlar. Bizə bu barədə ilin əvvəlində məlumat verildi, bu qərarı heç müzakirə belə edə bilmədik", - universitet əməkdaşlarından biri deyib.

Etirazçılar bildirirlər ki, bu qərar elmi laboratoriyaların 450-yə yaxın əməkdaşının işsiz qalmasına səbəb olacaq.(virtualaz)

Top
JoomlaLock.com All4Share.net